“Öskürək simptomunun altında vərəm, xərçəng gizlənə bilər” - Lor Hospitalın pulmonoloqu

oskurek-simptomunun-altinda-verem-xerceng-gizlene-biler
Oxunma sayı: 5686

Lor Hospitalın Astma və Ağciyər Mərkəzinin rəhbəri pulmonoloq Dr. Coşqun Məmmədli ağciyər xəstəlikləri ilə bağlı “Qafqazinfo”nun suallarını cavablandırıb.

- Pulmonoloq kimdir və hansı xəstəlikləri müalicə edir?

- Pulmonoloq ağciyər xəstəlikləri ilə məşğul olan mütəxəssis həkimdir. Hər ixtisasda olduğu kimi pulmonologiyada da özünəməxsus simptomlar var ki, bunları aşkar edən kimi pulmonoloqa müraciət etmək lazımdır. Öskürək, təngnəfəslik, boğulma, sinədə xışıltı, bəlğəm -  bunlar əsas şikayətlərdəndir.

- Lor Hospitalda yeni fəaliyyətə başlamısınız, burada nə kimi xidmətləriniz var?

- Mən Lor Hospitalda 2 aya yaxındır ki, işləməyə başlamışam. 6 il əvvəl də burada çalışmışam. Biz Lor Hospitalda Astma və Ağciyər Mərkəzinin əsasını qoymuşuq. Bu mərkəzdə bronxial astma başda olmaqla bütün ambulator ağciyər xəstəlikləri müalicə olunur. Bizim devizimiz bunlardır: “Astma sağalan xəstəlikdir - astmaya son!’’, “Sağalmayan öskürək yoxdur,  yanlış yanaşma var!’’. Mərkəzimizdə əmin şəkildə astma və xroniki öskürəklərə son veririk.

- Son zamanlar insanlar arasında öskürək halları çoxalıb, səbəbləri nələrdir?

- Ağciyərlərlə bağlı əsasən öskürəkdən şikayət olunur. Öskürək çox ağır və gizli ağciyər xəstəliklərinin ilk simptomu ola bilər və əksinə. Buna görə hər öskürək çox ciddi şəkildə araşdırılmalı və səbəbi dəqiq bilinməlidir. Öskürək kəskin və xroniki olmaqla iki yerə bölünür. 4 həftəyə qədər davam edən öskürəklərə kəskin, 8 həftə və daha artıq davam edən öskürəklərə xroniki öskürəklər deyilir. Belə ki, sadə öskürək simptomunun altında vərəm, xərçəng, irsi xəstəliklər, uzun sürən öskürəyin altında isə sadə bir səbəb ola bilər. Digər bir simptom boğulmadır. Boğulma həm kəskin, həm xroniki ağciyər xəstəliklərində olur.

Boğulma həm də digər ixtisas xəstəliklərində, yəni əsasən ürək və endokrinoloji xəstəliklərdə olur. Bu zaman tövsiyəmiz ilk olaraq nəfəs problemi olduğu üçün pulmonoloqa müraciət edilməsidir. Belə ki, sadə spirometriya –tənəffüs testi ilə problemin ağciyərdə olub olmamasına qərar verilir.

- Ağciyərlərə su necə yığılır?

- Ağciyərlərə su yığılması ağciyər xəstəliklərində və digər xəstəliklər səbəbindən baş verir. Buna plevrit adı verilir. Plevritlərdə yığılan suyun xarakteri xəstəliyin ağırlığını göstərə bilər. Ona görə də bu maye diqqətlə müayinə olunmalıdır.

- Ağciyər xərçəngi necə yaranır?

- Əsrimizdə ağciyərin xərçəng xəstəliyi geniş yayılıb. Ağciyər xərçənginin əsas səbəbi siqaret çəkməkdir. Artıq ağciyər xərçənginə rast gəlinməsi daha cavan yaşlara enib.  Əgər, qəfil yaranan öskürək, bəlğəm miqdarında artma, bəlğəmdə qan varsa ilk olaraq xərçəngdən şübhələnmək lazımdır.

- Bəzən sinədə xışıltılar olur. Bu təhlükəlidirmi?

- Xışıltı ağciyərin allergik probleminin, xüsusilə allergik bronxial astmanın əsas şikayətidir. Hər xışıltılı tənəffüs astmadır deyə bir deyim vardır. Xışıltısı olan hər kəs spirometriya müayinəsindən keçməlidir. Spirometriya-tənəffüs testi ağciyər xəstəliklərində əvəzolunmaz müayinə üsuludur. Bu testin doğru aparılması xəstəliyin müalicəsi üçün çox önəmlidir. Lor Hospitalda Astma və Ağciyər Mərkəzində bu müayinə dəqiqliklə olunur.

- Mərkəzinizdə uşaq allergik astmalarının müayinəsi və müalicəsi aparılırmı?

- Bizim Mərkəzimizdə uşaq allergik astmaları da müayinə və müalicə olunur. Qeyd edək ki, uşaqlarda astma tamamilə müalicə oluna bilir və tam sağala bilən xəstəlikdir.

Son zamanlarda öskürəklərin artmasının səbəbi hava kirliliyinin, allergen və qidalarda olan qıcıqlandırıcıların tərkibi ilə əlaqədardır deyə bilərik. Əsasən bronxial astma, xroniki səbəbi bilinməyən və sağalmayan öskürəklər Mərkəzimizdə araşdırılır və həkim-xəstə birliyi ilə bu problemlərə son qoyuruq.
Təcrübəmizdə 40 il, 50 il və daha artıq öskürək və boğulma sikayətləri olan, diaqnoz qoyulduğu halda doğru müalicə almamış və sağalmamış xəstələr olub və müalicəmizdən sonra tam şəfa tapıblar.