Oqtay Şirəliyevdən yeni təyinat

oqtay-sireliyevden-yeni-teyinat
Oxunma sayı: 5581

Bərdə rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nizami Mehdizadə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin olunub.

N. Mehdizadə bu təyinatına qədər Biləsuvar rayon Mərkəzi Xəstəxanasında baş həkim işləyib.

Qeyd edək ki, əvvəlki baş həkim Rəna Mustafayeva bir müddət əvvəl tutduğu vəzifədən azad olunub.

Tural Hüseynli