“Onlar futbolçunu satmaq istəmirdilər” - Alvareslə bağlı danışdı

onlar-futbolcunu-satmaq-istemirdiler
Oxunma sayı: 1057

“Barselona” klubunun idman direktoru Deku “Atletiko Madrid”in argentinalı hücumçusu Xulian Alvaresin baş tutmayan transferi haqqında danışıb.

“Qafqazinfo” xəbər verir ki, portuqaliyalı mütəxəssis “El Món a RAC1” verilişinə açıqlamasında Madrid təmsilçisinin transfer danışıqlarından boyun qaçırdığını bildirib:

“Biz “Atletiko”ya adekvat və dəyərində rəsmi təklif göndərdik, lakin heç bir cavab ala bilmədik. Onlar futbolçunu satmaq istəmirdilər. Eyni şey üçün davamlı olaraq təzyiq göstərmək olmaz. “Barselona” Xulianın “Atletiko”dan ayrılmaq istəyini ictimaiyyətə bəyan etməsi üçün ona heç bir təzyiq göstərməyib. Bu, tamamilə onun öz şəxsi qərarı idi”.

Qeyd edək ki, 26 yaşlı argentinalı hücumçu cari mövsümdə Madrid təmsilçisinin heyətində keçirdiyi 3 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Alvaresin “Atletiko” ilə qüvvədə olan müqaviləsinin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.