Ofeliya Sənani səhhətindən danışdı

ofeliya-senani-sehhetinden-danisdi
Oxunma sayı: 1647

Bir neçə gün bundan əvvəl xəstəxanaya yerləşdirilən Xalq artisti Ofeliya Sənani səhhətindən danışıb. “Qafqazinfo” xəbər verir ki, o, “Elgizlə İzlə” proqramına telefonla bağlanaraq hər şeyin yaxşı olduğunu bildirib:

“Maşallah, indi yaxşıyam. Həkimlər bacarıqlıdır.  İki-üç gün ərzində ağrılarım getdi, normal oldum. Mətbuat bir qədər şişirtdi. Bütün həkimlərimə təşəkkür edirəm, çox yaxşı insanlar idi. Dəfələrlə kardioqrama, angioqrafiya etdilər, müalicə olundum”.