O da “İlin adamı” seçildi

o-da-ilin-adami-secildi
Oxunma sayı: 1881

“Microsoft” korporasiyasının baş direktoru Satya Nadella Böyük Britaniyanın “Financial Times” qəzetinin versiyasına əsasən “İlin adamı” seçilib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “MİR 24” xəbər verib.

“Onun (Satya Nadella-red.) 6 ilə yaxın müddətdə postda olması nəticəsində noyabrın sonunda “Microsoft” aksionerlərinin ümumi gəliri 1 trilyon dolları aşıb”, - qəzet yazıb.  

Qeyd edək ki, “Microsoft” korporasiyası 1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən yaradılıb. Korporasiyanın bazar kapitalizasiyası 700 milyard dollardan çoxdur.

Xatırladaq ki, ABŞ-ın “Time” jurnalının versiyasına görə İsveçdən olan 16 yaşlı iqlim fəalı Qreta Tunberq “İlin adamı” seçilmişdi.