Nyu-Yorkda bu şəxslər üçün komendant saatı tətbiq ediləcək

nyu-yorkda-bu-sexsler-ucun-komendant-saati-tetbiq-edilecek
Oxunma sayı: 2116

Nyu-Yorkda miqrantlar üçün komendant saatı tətbiq olunacaq.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu, miqrantların şəhərdə qalmasını tənzimləmək üçün nəzərdə tutulub.

Belə ki, qanunsuz miqrantların dilənçiliyi ilə bağlı şikayətlərin qarşısının alınması məqsədilə şəhərdə saat 23:00-dan 06:00-dək komendant saatı tətbiq ediləcək.

Bununla da miqrantlar hər gün hesabat verməli və göstərilən müddət ərzində sığınacaqlarda olduqlarını təsdiq etməli olacaqlar.