“Nvidia”nın istefa verən rəhbəri geri qayıtmaq istəyir

nvidianin-istefa-veren-rehberi-geri-qayitmaq-isteyir
Oxunma sayı: 314

“Nvidia” şirkətinin qurucusu Censen Huanq qalmaqallı istefasından sonra yenidən şirkətin baş direktoru vəzifəsinə qayıtmağa hazır olduğunu açıqlayıb.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Huanq bu barədə “X” hesabında paylaşım edib.

“Müşahidə Şurası üçün problemlər yaratdım və buna görə dərindən təəssüflənirəm. Səhvlərimə görə bütün məsuliyyəti öz üzərimə götürürəm”, – deyə o bildirib.

Huanq şirkət əməkdaşlarından, investorlardan və digər şəxslərdən vəzifəsinə qayıtması ilə bağlı çoxsaylı müraciətlər aldığını qeyd edib:

“Əgər Direktorlar Şurası geri qayıtmağımın səhmdarların, əməkdaşların, şirkətin və Amerikanın maraqlarına uyğun olduğuna qərar versə, yenidən baş direktor olmaq mənim üçün şərəf olar”.

Məlumata görə, Huanqın istefasına səbəb olan qalmaqal onun nikahdankənar münasibətləri, o cümlədən Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən qadınla münasibətdə olması barədə iddialarla bağlıdır.

Hazırda “Nvidia”nın Direktorlar Şurası onun davranışları ilə bağlı araşdırma aparır. BBC-nin məlumatına görə, şirkət rəhbərliyi Huanqın vəzifəsinə qaytarılması məsələsini nəzərdən keçirmir. Bundan başqa, Huanqın yaxın həftələrdə ABŞ Konqresinin bir neçə komitəsində dindirilməsi gözlənilir.

Qeyd edək ki, şirkətə müvəqqəti olaraq Kоlеt Kress rəhbərlik edir.