Nigeriyada kəndlərə hücum - 160 ölü

nigeriyada-kendlere-hucum
Oxunma sayı: 1893

Nigeriyanın Plato ştatının bir neçə kəndinə silahlı hücumlar olub.

“Qafqazinfo” “France-Presse” agentliyinə istinadən xəbər verir ki, bir qrup silahlı şəxsin törətdiyi hücum zamanı 160 nəfər həlak olub. 

Məlumata görə, Platoda may ayından icmalar arasında qarşıdurmalar baş verir. Təqribən 3 min nəfər təhdidlərə görə öz evlərini tərk etməli olub.