Nəsimidə bu həyətlər də abadlaşdırıldı - Fotolar

nesimide-bu-heyetler-de-abadlasdirildi
Oxunma sayı: 2053

Nəsimi rayonunda binaların, küçə və səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, rayon ərazisində,  xüsusilə 1-5-ci mikrorayonlarda “Bizim həyət” və “Abad həyət”  layihələri çərçivəsində  140-a yaxın həyət və binaların yenidən qurulması, əsaslı təmir işləri aparılıb.

Nəsimi İcra Hakimiyyəti tərəfindən Asif Məhərrəmov  küçəsi 34, 38, 42  və 46 saylı binaların əhatə etdiyi məhəllələrdə növbəti 4 “Abad həyət”   sakinlərin ixtiyarına verilib. Bu ünvanlardakı binaların fasadları, dam örtükləri əsaslı təmir edilmiş, blok girişləri, blok qapıları və pəncərələri yenilənmiş, girişlərin pilləkənləri və divarları əsaslı təmir olunmuş, avtomobillərin saxlanması üçün yerlər təşkil edilib.  

“Abad həyət”lərdə  uşaqların  asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi əyləncə avadanlıqları, oyun elementləri  və idman-fitnes qurğuları quraşdırılmış, həvəskarlar üçün asfalt üzərində böyük ölçülü şahmat lövhələri yaradılmışdır. Məhəllələrdə yaşıllaşdırma işləri aparılmış, qazonlar və həyətlərə həmişəyaşıl ağaclar əkilmişdir.Binaların həyətlərində asfaltlaşma və  təmizlik işləri aparılmış,tamet döşənmiş,  bardyurlar qoyulmuş mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır. Yeni yaradılmış “Abad həyət”lərdə müasir işıqlandırma dirəkləri quraşdırılıb.