UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində baş tutacaq “Neftçi” və “Beşiktaş” arasında ilk görüşün yeri dəyişdirilə bilər. Bu barədə “Qafqazinfo”ya Bakı klubunun prezidenti Fərrux Mahmudov məlumat verib.
O bildirib ki, qitə futbol qurumu ilk qarşılaşmanın Azərbaycanda keçiriləcəyini açıqlasa da, durum fərqli ola bilər: “Həmin gün Bakıda “Qarabağ” Avropa Liqası oyununa çıxacaq. Üstəlik, “Fənərbaxça” da İstanbulda oynamalıdır. Ona görə ilk matçın Bakıda və ya İstanbulda olacağı tam bəlli deyil”.
UEFA bir şəhərdə iki önəmli qarşılaşmanın keçirilməsinə icazə vermədiyi üçün qarşılaşmaların yerinin dəyişdirilməsi mümkündür. Amma qitə futbol qurumu komandalardan hər hansının oyunun vaxtı da dəyişə bilər. Bununla da problem yoluna qoyula bilər.
Həmçinin “Neftçi” – “Beşiktaş” matçının “8-ci kilometr stadionu”nda deyil, Bakı Olimpiya Stadionunda baş tutmaq ehtimalı var. “Ağ qaralar” azarkeş marağını nəzərə alaraq bu cür addım ata bilər.