Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev Lökbatan qəsəbəsində sakinlərlə görüşüb və vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
“Qafqazinfo” xəbər verir ki, 300 nəfər sakinin iştirak etdiyi səyyar qəbulda RİH başçısı Natiq Əliyev ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf, regionların tərəqqisi və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.
Bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əhəmiyyəti vurğulanıb.
Səyyar qəbul zamanı sakinlərin müraciət və təklifləri dinlənilib, əvvəlki görüşdə qaldırılan məsələlərin icra vəziyyəti nəzərdən keçirilib. Həmin müraciətlərin həlli istiqamətində görülmüş işlər barədə məlumat verilib, həlli davam edən məsələlərlə bağlı qarşıda duran tədbirlər müzakirə olunub.
Son xəbərlər
Son Xəbərlər