Nail Naiboğlu 2-ci dəfə evləndi

nail-naiboglu-2-ci-defe-evlendi
Oxunma sayı: 11184

Rejissor Nail Naiboğlu ikinci dəfə ailə həyatı qurub.

“Qafqazinfo” xəbər verir ki, o, 1994-cü ildə Füzulidə şəhid olmuş Şakir Ziyadovun qızı Tünzalə xanımla evlənib. Cütlük ailə üzvlərinin iştirakı ilə kiçik məclis edib. 

N.Naiboğlunun sözlərinə görə, xanımı ilə aralarında 10 yaş fərq var. Tünzalə tibb işçisidir.

Qeyd edək ki, rejissorun birinci həyat yoldaşı Gülər 2017-ci ilin oktyabrında vəfat edib. N.Naiboğlunun bu evlilikdən iki övladı var.