“Muğanbank”dan təqaüdçülər üçün kredit təklifi

muganbankdan-teqaudculer-ucun-kredit-teklifi
Oxunma sayı: 1446

“Muğanbank” ASC-nin yeni kredit kampaniyası çərçivəsində təqaüd yaşına çatmış hər kəs 5 000 AZN məbləğinədək kredit götürə bilər. “Qafqazinfo” xəbər verir ki, kreditin əldə edilməsi üçün zamin tələb olunmur.

300-dən 5 000 AZN-dək olan krediti 3-36 ay müddətinə "Muğanbank" ASC-nin ölkə ərazisində olan bütün filiallarında rəsmiləşdirmək mümkündür. Krediti əldə etmək üçün şəxsiyyət vəsiqəsi və Dövlət Sosial Müdafiə Fondundan arayış təqdim etmək kifayətdir.

"Təqaüd" krediti üzrə ödənişlər hər ay bərabər hissələrlə həyata keçirilir. Kredit üzrə illik faiz dərəcəsi 22-24% təşkil edir. Müştərinin kredit öhdəliyinin sonuncu ödəniş tarixindəki yaşı 66 olmalıdır.

Ətraflı məlumatı (012) 933 nömrəli telefondan, “Muğanbank” ASC-nin saytından (https://www.muganbank.az), bankın Facebook və Instagram səhifələrindən əldə etmək mümkündür.