Moskvada yanğın oldu - Üç uşaq öldü+video

moskvada-yangin-oldu
Oxunma sayı: 3261

Moskvanın şimal-şərqində mənzildə yanğın baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadla xəbər verir ki, yanğın nəticəsində üçü uşaq olmaqla dörd nəfər həyatını itirib.

Yanğının Akademik Komarova küçəsində, ev 14-ün birinci mərtəbəsində yerləşən mənzildə baş verdiyi haqda məlumat daxil olub.

Rusiyanın Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ikinci mərtəbədən xilas edilən daha iki uşaq isə xəsarət alıb.