“Mitaq” tayfunu Cənubi Koreyada doqquz nəfərin həyatına son qoyub, azı altı nəfər itkin düşmüş hesab olunur.
“Qafqazinfo”nun “Nation News”a istinadən məlumatına görə, yüclü yağıntılar sürüşməyə səbəb olub və bu da öz növbəsində çox sayda evə zərər vurub. Ölənlərin çoxu dağıntıların altından çıxa bilməyən yaşlı insanlardır.
Ölkənin şərq rayonlarını cənginə alan güclü yağışlar bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin kəsilməsinə, eləcə də nəqliyyatın hərəkətinin dayandırılmasına səbəb olub.
Bundan əlavə, 1000 hektardan çox fermer sahələri su altında qalıb, 6 min ev quşu ölüb.
Tayfun Cənubi Koreyanın ərazisini yerli vaxtda təxminən saat 06:00 radələrinə tərk edib, lakin ölkədə yağış və güclü külək davam edir.
Son xəbərlər
Son Xəbərlər