Misirdə dəhşətli partlayış - Onlarla insan yanaraq öldü - Video

misirde-dehsetli-partlayis
Oxunma sayı: 998

Misirdə yanacaq daşıyan yük maşınının iştirakı ilə baş verən partlayış nəticəsində 20-dən çox insan həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Egyptian Gazette” məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 21 nəfər ölüb, daha 15 nəfər isə xəsarət alıb. Neft məhsulları və qaz balonları daşıyan yük maşını yoldan çıxaraq beton səddə çırpılıb və aşıb.

Qəzadan sonra güclü yanğın başlayıb.

***

Misir Səhiyyə Nazirliyinin məlumatına görə, paytaxt Qahirədə neft məhsulları daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində azı 30 nəfər yanaraq həyatını itirib, 15 nəfər isə yaralanıb.

Qəza Böyük Qahirə bölgəsindəki əsas magistral yolları birləşdirən dairəvi yolda, Gizanın Əl-Varraq bölgəsindəki tunelin üzərində baş verib. Neft məhsulları daşıyan nəqliyyat vasitəsinin aşmasından sonra başlayan yanğın ərazidə böyük təhlükə yaradıb.

Məlumata görə, yanğınsöndürmə briqadaları alovu nəzarət altına almağa nail olub.