Millimiz İraqla qarşılaşır

millimiz-iraqla-qarsilasir
Oxunma sayı: 1002

Təlim-məşq toplanışının ikinci mərhələsini Bakıda davam etdirən 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq oyununu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, U-20 İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçiriləcək görüş saat 19:00-da başlanacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.