Milliliyin və müasirliyin qovuşduğu məkan - “Kotanlı” restoranı hər kəsə özəl xidmət göstərir

milliliyin-ve-muasirliyin-qovusdugu-mekan
Oxunma sayı: 2664

Bakıda dəbdəbəli dizaynı, milli mətbəxi, dadlı təamları və özünəməxsus dəsti-xəttilə tanınan məşhur “Kotanlı” restoranı müştərilərinə özəl xidmətilə də fərqlənməyi bacarır.

Milli və müasir ab-havalı “Kotanlı” bütöv Azərbaycanı bir məkana toplayaraq “Bakı”, “Qarabağ”, “Şəki”, “Gəncə”, “İrəvan” və “Naxçıvan” otaqlarında milli mətbəximizdən qeyri-adi nümunələr təqdim edir. Burada bişirilən yeməklər həm də ona görə seçilir ki, qatqısız kərə yağı, tam təbii, keyfiyyətli, kənd məhsullarından hazırlanır.

Artıq beş ildir fəaliyyət göstərən, keçmişlə müasirliyin zövqlə bir araya gətirildiyi bu əsrarəngiz məkan milli ornamentlərlə, şəbəkələrlə, əl işləri ilə möhtəşəmliyini qoruyub saxlayır.

“Kotanlı”nın milli üslubda dizayn olunmuş 100 nəfərlik banket zalı əlamətdar günlər, özəl mərasimlər, xüsusilə xınayaxdı mərasimləri üçün əvəzolunmaz məkandır.

Əlaqə: Azadlıq prospekti, 156 (Keçmiş Karl Marks heykəli, İdrak liseyinin yanı)

+ 99412 5632323
+ 99470 7797979
+ 99477 7797979

 

https://www.instagram.com/kotanli_restaurant/?hl=ru

https://www.facebook.com/kotanlirestaurant/