Məzar daşına Elçibəylə şəkli vuruldu - Foto

mezar-dasina-elcibeyle-sekli-vuruldu
Oxunma sayı: 6862

 Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin bu ilin iyununda vəfat edən həyat yoldaşı Həlimə Əliyevanın məzar daşı hazırlanıb. Mərhumun məzar daşına həyat yoldaşı ilə birgə rəsmi həkk olunub.

"Qafqazinfo"ya açıqlama verən Əbülfəz Elçibəy və Həlimə Əliyevanın oğlu Ərturqut Əliyev bunun övladlarının istəyi ilə reallaşdığını bildirib. Qeyd edək ki, Həlimə Əliyeva Kələkidə kənd qəbiristanlığında dəfn olunub.

Emin Səfərov