Messisiz Argentina Uruqvaya məğlub oldu - Video

messisiz-argentina-uruqvaya-meglub-oldu
Oxunma sayı: 414

Argentina millisi yoldaşlıq oyununda Uruqvaya məğlub olub.

“Qafqazinfo” xəbər verir ki, noyabrın 14-nə keçən gecə Buenos-Ayresdəki “La Bombonera” stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Uruqvay millisinin heyətində Maksimiliano Arauxo fərqlənib. Argentinalı müdafiəçi Leonardo Balerdi isə avtoqol müəllifi olub. Meydan sahiblərinin yeganə qolunu Xulian Alvares vurub.

Qeyd edək ki, Argentina millisinin əfsanəvi futbolçusu Lionel Messi DÇ-2026-dan sonra yığmadakı karyerasını başa vurub.

O, milli komandanın heyətində son oyununu oktyabrda Beninə qarşı keçirib. Həmin görüş Argentina millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.