Məşhur futbolçunun üzünə top dəydi, beyni silkələndi

meshur-futbolcunun-uzune-top-deydi-beyni-silkelendi
Oxunma sayı: 2270

Norveç millisinin və “Arsenal”ın futbolçusu Martin Edeqor beyin silkələnməsi keçirib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb məşq zamanı yarımmüdafiəçinin üzünə top dəyməsidir. 

Nəticədə Edeqor xəstəxanaya aparılıb. Həkimlər onun istirahət etməli olduğunu bildirib. 

Futbolçu yığmanın düşərgəsini tərk etmək məcburiyyətində qalıb.