Futbolçuları aldadan Erzanın məhkəməsi təxirə salındı

futbolculari-aldadan-erzanin-mehkemesi-texire-salindi
Oxunma sayı: 3891

Futbolçulardan gəlir əldə etmək adı ilə böyük məbləğdə pullar almaqla gündəmə gələn keçmiş bank işçisi Seçil Erzanın və 6 şübhəlinin məhkəməsi təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, məlumat Türkiyə mətbuatında yayılıb.

Məhkəmə sədri bildirib ki, iclas çox uzanıb və şahidlərin dinlənilməsi, şikayətçilərin ifadələrinin alınması üçün iclas yanvarın 15-ə salınıb.

Xatırladaq ki, Seçil Erzan aralarında Arda Turan, Emre Belözoğlu, Fernando Muslera və Selçuk İnan kimi məşhur adların da olduğu 21 nəfəri aldatması iddiası ilə mühakimə olunur.