Məşhur aktyorun 42 milyonluq evində yanğın oldu - 5 il əvvəl də baş vermişdi

meshur-aktyorun-42-milyonluq-evinde-yangin-oldu
Oxunma sayı: 166

ABŞ-nin Kaliforniya ştatında, Hollivud ulduzu Uill Smit və həyat yoldaşı Ceyda Pinkett Smitə məxsus 42 milyon dollar dəyərindəki dəbdəbəli malikanədə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, malikanədən alovların yüksəldiyinin müşahidə edilməsindən sonra, təxminən 150 akr ərazidə yerləşən mülkə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğın qısa müddət ərzində nəzarət altına alınıb.

Hadisənin səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, məşhur cütlüyün malikanəsində 2021-ci ildə də yanğın baş vermişdi.