Dinamik inkişaf edən tur agentlikləri şəbəkəsi FUN&SUN Azərbaycanın paytaxtında fəaliyyətə başlayıb.
FUN&SUN - Mərkəzi Asiyadakı aparıcı turizm şirkətlərindən biridir. Şirkət 20 ildən çoxdur fəaliyyət göstərir və Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi ölkələrdə nümayəndəliyi var. FUN&SUN Turizm Şirkətinin Azərbaycanda açılmış yeni ofisi şirkətin beynəlxalq bazarda inkişafına kömək edəcək.
Yeni ofis Bakının mərkəzində yerləşir və yerli sakinlər üçün geniş turizm xidmətləri təqdim edir. Şirkət tur planının seçimindən evə qayıdışa qədər, müştərilərə hər növ səyahət planını hazırlamaq üçün müxtəlif xidmətlər təklif edir.
FUN&SUN Azərbaycan Reteyl direktoru Katerina Zadorojnaya bildirib ki, “bizim üçün müştərinin A nöqtəsindən B nöqtəsinə gətirilməsindən çox onun səyahətdən alacağı müsbət emosiyaları vacibdir”.
Şirkət Türkiyə, BƏƏ, Misir, Maldiv adaları, Gürcüstan daxil olmaqla, turistik və çimərlik tətil təkliflərini edir və şirkətin məqsədi ən yüksək xidmət keyfiyyətini təmin etməkdir. Müştərilərə aviabiletlərin hazırlanması, ən yaxşı hotellərin, transfer, bələdçi və sığorta xidmətlərinin daxil olduğu turpaketlər təqdim olunur.
FUN&SUN sadəcə səyahət və uçuş deyil, bu, istirahətə, ən kiçik detallara qədər düşünülmüş kompleklsi yanaşmadır.
Ünvan: Bakı şəhəri, Nizami küçəsi, 104B.
Turu seçmək üçün zəng edə: +994 12 460 70 34;
Instagram hesabında @fstravel_az direct-ə yazaraq və ya Facebook səhifəsindən əlaqə yarada bilərsiniz.
Ofisin iş rejimi: Hər gün saat 10:00-dan 22:00-dək.
Həmçinin yeniliklər və qaynar təkliflərimizi izləməyi unutmayın.
FUN&SUN haqqında
FUN&SUN 2001-ci ildən fəaliyyətə başlayan, özündə tur operatorluğu və tur agentliyi dəstəyini birləşdirən bir təşkilatdır.
Tur operatoru daha əvvəl aşağıdakı brendlər adı altında fəaliyyət göstərib:
"ITour" (2001-2020);
“TUI Kazakhstan” (2020-2022);
2022-ci ilin martından etibarən şirkət "FUN&SUN" brendi altında fəaliyyətini davam etdirir. FUN&SUN Qazaxstan və FUN&SUN Mərkəzi Asiya Qazaxıstan, Qırğızıstan və Özbəkistan ərazisində 2000-dən çox agentliklərlə tərəfdaşlıq edir. FUN&SUN-ın əsas məqsədi müştərilərə digər turoperatorlarda olmayan, unikal məhsullar və xüsusi konsepsiyalı tətil təklif etməkdir: FUN&SUN FAMILY, FUN&SUN ACTIVE, FUN&SUN SMART, FUN&SUN PREMIUM və yalnız mütəxəssislər tərəfindən diqqətlə seçilmiş hotellərdə həyata keçirilən TOUCAN uşaq klubu.












Son xəbərlər
Son Xəbərlər