Melaniya Tramp fotolarını satışa çıxardı

melaniya-tramp-fotolarini-satisa-cixardi
Oxunma sayı: 46

ABŞ-nin Birinci xanımı Melaniya Tramp rəqəmsal fotolarını satışa çıxardığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, kolleksiyadakı hər bir foto 150 dollara təklif olunur.

O, açıqlamasında şəxsi fotoseriyasını alman fotoqraf və keçmiş model Elle fon Unvertin çəkdiyini bildirib.

“The Independent” nəşrinin məlumatına görə, fotolar rəqəmsal formatdadır və onların fiziki nüsxəsi yoxdur. Melaniya Tramp satışa çıxarılan görüntüləri “vizual portretlər” adlandırıb. Fotolar “Amazon MGM” tərəfindən hazırlanan iki hissəli “Melania, The Series” sənədli filminin təqdimatı çərçivəsində yayımlanıb.

Melaniya cümə axşamı Nyu-Yorkdakı Linkoln Mərkəzinin Alis Tulli Zalında keçirilən premyerada qırmızı xalıya tək çıxıb - ABŞ Prezidenti Donald Tramp həmin gün hələ Çindən qayıtmamışdı.

Layihə daha əvvəl rejissor Brett Ratnerin lentə aldığı “Melaniya” sənədli filmindən dərhal sonra təqdim olunacaq.

Qeyd edək ki, Ratner bir sıra qadına qarşı cinsi qısnama iddialarına görə əvvəllər Hollivudda qara siyahıya salınmışdı, lakin o, bütün ittihamları qətiyyətlə rədd edib.