Mehmet Günsür Bakıya gəlir - Video

mehmet-gunsur-bakiya-gelir
Oxunma sayı: 301

Türkiyənin məşhur aktyoru Mehmet Günsür Bakıya gəlir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, azərbaycanlı pərəstişkarlarına ünvanladığı videomüraciətdə məlumat verib.

Belə ki, aktyor paytaxtımıza baş rolunu canlandırdığı “Aşk tesadüfleri sever 3” filminin Bakıda keçiriləcək qala gecəsində iştirak etmək üçün gələcək.

Qala gecəsi isə noyabrın 27-si saat 19:00-da “Dəniz Mall”da yerləşən “CineMastercard” kinoteatrında baş tutacaq.

Qeyd edək ki, ekran işində Mehmet Günsür Özgür, Devrim Özkan isə Mavi obrazını canlandırır. Filmin mövzusu orqan nəqli və bunun insan həyatındakı önəminə həsr olunub. Filmdən sonra M.Günsür və D.Özkan orqanlarını bağışladıqlarını açıqlayıblar.