Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun rayon Yeni Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı 1994-cü il təvəllüdlü sürücü Bayramov Elvin xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Yunis Quliyev

Son xəbərlər
Son Xəbərlər