Bu gün magistraturaya ərizə qəbulu başa çatır.
“Qafqazinfo” xəbər verir ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.
İndiyə qədər 13955 bakalavr (Azərbaycan bölməsi - 12824; rus bölməsi - 1131) ərizəsini təsdiq edib. Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 900 nəfər), eləcə də digər bakalavrlar bu gün saat 23.59-dək elektron ərizələrini təsdiq edə bilərlər. İmtahanda yalnız elektron ərizəsini təsdiq edən bakalavrlar iştirak edirlər.
Bakalavrlar “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 13 fevral saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurub və təsdiq etməlidir.
Son xəbərlər
Son Xəbərlər