Maduronun işinə yeni hakim təyin olundu - Əvvəl Epşteynlə bağlı işə baxıbmış

maduronun-isine-yeni-hakim-teyin-olundu
Oxunma sayı: 360

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin ABŞ-dəki məhkəmə prosesinə yeni hakim təyin olunub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal Məhkəməsi məlumat verib.

Məlumata görə, iş üzrə yeni hakim Analisa Torres seçilib. O, daha əvvəl 2019-cu ilin avqustunda Nyu-York federal həbsxanasında müəmmalı şəkildə vəfat edən amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə həbsxana əməkdaşlarının məhkəmə prosesini aparması ilə tanınır.

Məhkəmə işinin Analisa Torresə həvalə olunması sabiq hakim Elvin Hellerşteynin 92 yaşında vəfat etməsindən dərhal sonra gerçəkləşib.

Xatırladaq ki, ABŞ silahlı qüvvələri 2026-cı il yanvarın 3-də Venesuelaya hərbi müdaxilə edərək Nikolas Maduro və həyat yoldaşını həbs edərək ölkədən çıxarıb. Onlar hazırda Nyu-Yorkda “narkoterrorizm”, qanunsuz silah saxlama və narkotik qaçaqmalçılığı ittihamları ilə mühakimə olunurlar.