Lukaşenko Stalinə heykəl qoymaq istəyir

lukasenko-staline-heykel-qoymaq-isteyir
Oxunma sayı: 2062

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə SSRİ-nin keçmiş başçısı İosif Stalinə heykəl qoymaq istəyir. “Qafqazinfo”nun məlumatına görə, bu barədə o, “Exo Moskvı” radiostansiyasının efirində deyib.

Lukaşenkonun sözlərinə görə, Stalin Ribentrop-Molotov paktını imzaladığına görə heykələ layiqdir. Belə ki, bu müqavilə Belarusu hazırda mövcud olan sərhədlərdə bərpa etməyə imkan vermişdi.

“Amma İosif Vissarionoviç, sağ olsun, Belarusu indiki sərhədlərdə bərpa etdi”, - “Lenta.ru” Belarus liderinin sözlərini sitat gətirir.