Lənkərandakı qəzada ölən və yaralananın kimliyi bilindi - Yenilənib

lenkerandaki-qezada-olen-ve-yaralananin-kimliyi-bilindi
Oxunma sayı: 3693

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Təngivan kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili idarətmədən çıxaraq dərəyə aşıb.

Qəzada ölən və yaralananların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Daxili İşlər Nazirliyi qəza ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Lənkəran rayon sakini Xaqani Sucayev idarə etdiyi “Vaz 21014” markalı avtomobillə rayonun Təngivan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarəndakı çay yatağına aşıb. Nəticədə həmin nəqliyyat vasitəsində olan Lənkəran rayon sakini Ümid Əliyev ölüb, Loğman Qurbanov isə bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov