Lənkəranda bıçaqlanma hadisəsi olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Təngivan kəndində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü V.Ə. 2003-cü il təvəllüdlü bibisi qızını bıçaqlayıb.
Ağır bıçaq yarası alan qız Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, yaxın qohumlar bir həyətdə yaşayırlar.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər