Lavrov da İrana getdi - Video

lavrov-da-irana-getdi
Oxunma sayı: 2658

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın paytaxtı Tehrana səfər edib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Lavrovun təyyarəsi Tehranda yerə enib.

O, burada Cənubi Qafqaz üzrə “3+3” formatında keçiriləcək iclasda iştirak edəcək.

Xatırladaq ki, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov da sözügedən iclasda iştirak etmək üçün bu gün İrana izgüzar səfər edib.