La Liqa prezidenti istefa verdi

la-liqa-prezidenti-istefa-verdi
Oxunma sayı: 1718

İspaniya La Liqasının prezidenti Xavyer Tebas vəzifəsindən istefa verib.

“Qafqazinfo” “Marca”ya istinadən xəbər verir ki, o, seçkilərdə yenidən prezident seçilmək üçün bu addımı atıb. Tebasın istefası ilə 2024-cü ildə keçirilməsi gözlənilən prezident seçkilərinin bu il təşkil olunacaq.

2013-cü ildən İspaniya La Liqasının prezidenti olan Xavyerin 4-cü dəfə yeganə namizəd kimi prezident seçiləcəyi iddia edilir.

Seçkilərin gələn il keçiriləcək İspaniya Futbol Federasiyası seçkiləri ilə ziddiyyət təşkil etməməsi üçün bu üsuldan istifadə edildiyi bildirilir.