Kreml Paşinyanın Sankt-Peterburqa səfəri ehtimalını şərh edib

kreml-pasinyanin-sankt-peterburqa-seferi-ehtimalini-serh-edib
Oxunma sayı: 3640

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyi ölkələrinin Sankt-Peterburq toplantılarına gəlib-gəlməyəcəyini hələlik bilmir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Hələ bilmirik. Hər kəs dəvətlidir”, - deyə Kreml nümayəndəsi müvafiq suala cavab verib.

Xatırladaq ki, noyabrın 14-ü N.Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-ü Minskdə keçiriləcək sammitində iştirak etməyəcəyini açıqlayıb. Bundan əvvəl isə Paşinyan və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan MDB-nin Bişkekdə keçirilən sammitində iştirak etməmişdilər.