Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Alma-Atıda baş vermiş təyyarə qəzasında 15 nəfər ölüb, 50-dək sərnişin yaralanıb.
“Qafqazinfo”nun məlumatına görə, sosial şəbəkələrdə sağ qalmış sərnişinlərin laynerdən xilas edilmələri anının görüntüləri yayılıb. Görüntülərin birində polis əməkdaşının təyyarə qalıqları arasından ağ kombinezon geyinmiş körpəni qucağına alaraq təcili yardıma çatdırması hər kəsi duyğulandırıb.
Qeyd edək ki, təyyarədə 95 sərnişin, 5 ekipaj üzvü olub.