Kitab oğrusu kimi müzakirə olunan Elməddin danışdı - Video

kitab-ogrusu-kimi-muzakire-olunan-elmeddin-danisdi
Oxunma sayı: 6856

Kitab oğruları kimi gündəmdə müzakirə olunan iki şəxsdən biri - Elməddin Süleymanov məsələyə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, o müzakirəyə çevrilən olayla bağlı video-müraciət yayıb.

O bildirib ki, məsələyə üç gün əvvəl məhkəmədə xitam verilib və onlar bəraət alıblar. E.Süleymanov sözügedən videonun üç gün sonra yayılmasını qarşı tərəfin hiddəti ilə əlaqələndirib. O qeyd edib ki, kitablar yerindəcə qarşı tərəfə təhvil verilib.