“Kəpəz” - “Araz-Naxçıvan” oyunu ləğv edilib

kepez-araz-naxcivan-oyunu-legv-edilib
Oxunma sayı: 2819

“Kəpəz” futbol klubunun çempionatın ikinci hissəsinə hazırlıq çərçivəsində “Araz-Naxçıvan”la keçirəcəyi yoxlama oyunu ləğv edilib.

Klubdan “Qafqazinfo"ya verilən məlumata görə, komandalar arasında matçın məkanı ilə bağlı razılıq əldə olunmadığından oyun baş tutmayacaq.

Yoxlama görüşü üçün rəqib axtarışına çıxan “sarı-göylər” I divizionda çıxış edən “İmişli” ilə anlaşıb.

Bu rəqiblə matç yanvarın 15-də Gəncədə oynanılacaq.