Kəmaləddin Heydərov Polşanın Azərbaycandakı Səfirliyində olub - Video

kemaleddin-heyderov-polsanin-azerbaycandaki-sefirliyinde-olub
Oxunma sayı: 990

Fövqəladə hallar naziri, Azərbaycan ilə Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Kəmaləddin Heydərov noyabrın 11-də Polşanın Bakıdakı Səfirliyində olub.

“Qafqazinfo” xəbər verir ki, nazir Polşanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski ilə görüşərək Krakov şəhərində baş vermiş faciə ilə əlaqədar Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Hökuməti adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzuladığını bildirib.

Həlak olanların xatirəsinə ehtiramını bildirən nazir Kəmaləddin Heydərov, Səfirlikdə açılmış matəm kitabına başsağlığı sözləri yazıb.