Bir müddət öncə təqaüdə göndərilən polis rəisi vəfat edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Xocalı rayon Polis Şöbəsinin sabiq rəisi, polis polkovniki Eldar Bağırov bir neçə saat öncə koronavirus infeksiyasından dünyasını dəyişib.
Qeyd edək ki, bu ilin iyul ayında Eldar Bağırov xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən çıxarılaraq təqaüdə göndərilmişdi.
Murad Əhməd