Kamran Əliyev iclas keçirib

kamran-eliyev-iclas-kecirib
Oxunma sayı: 3982

Baş Prokurorluqda Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 2-ci iclası keçirilib.

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, iclasa Baş prokuror Kamran Əliyev rəhbərlik edib.

Kamran Əliyevin sədrliyi ilə keçirilən Elmi-Məsləhət Şurasının növbəti iclasında Prezident Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik, “ADA”, Milli aviasiya akademiyaları, eləcə də digər dövlət orqanları, ali təhsil müəssisələri, Ədliyyə, Polis, Dövlət Təhlükəsizliyi Xidməti, Gömrük akademiyaları, eləcə də, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin nümayəndələri iştirak ediblər.

İclas çərçivəsində Ermənistan tərəfindən mülki əhalimizə qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətlər və bununla bağlı təzminat məsələləri, işğal altında olan müddətdə torpaqlarımızda urbisid aktlarının törədilməsi, hərbi münaqişələr zamanı mülki əhalinin qorunması və insan hüquqlarının müdafiəsi mövzusunda məruzə ilə çıxışlar edilib.

Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.