Kafedə hesab üstündə dava - 28 yaşlı oğlan bıçaqlandı

kafede-hesab-ustunde-dava
Oxunma sayı: 715

İsmayıllıda 28 yaşlı kişi bıçaq xəsarəti alıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 26-da gecə saatlarında şəhər ərazisindəki kafedə qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Asim İsmayılov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona xəsarət yetirməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Musa Xəlilli polis tərəfindən saxlanılıb.

İlkin məlumata görə, bıçaqlanma kafedə hesabın ödənilməsi üstündə baş verib.

Faktla bağlı araşdırma aparılır.