Kadırov Prezidenti Qarabağ məsələsinin həlli ilə bağlı təbrik etdi

kadirov-prezidenti-qarabag-meselesinin-helli-ile-bagli-tebrik-etdi
Oxunma sayı: 1445

Çeçenistanın başçısı Ramzan Kadırov İlham Əliyevə Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik etmək istədiyini deyib.

“Qafqazinfo” xəbər verir ki, İlham Əliyevin bu gün Bakıda qəbulunda Ramzan Kadırov bildirib:

“Xalqınızı Qarabağ məsələsinin həlli münasibətilə təbrik etmək istərdim. Əminəm ki, bölgədə daim sülh və sabitlik hökm sürəcək”.