“JAECOO” Britaniyada tarix yazdı - Üç zirvə və yeni dünya rekordu

jaecoo-britaniyada-tarix-yazdi
Oxunma sayı: 265

Beynəlxalq avtomobil bazarında mövqeyini sürətlə gücləndirən “OMODA & JAECOO” daha bir mühüm nailiyyətə imza atıb. “JAECOO 7 SHS-P modeli Böyük Britaniyanın “National Three Peaks Challenge” sınağı çərçivəsində hər 100 kilometrə cəmi 4,11 litr orta yanacaq sərfiyyatı nümayiş etdirərək Ginnesin Rekordlar Kitabına düşüb.

“Qafqazinfo” xəbər verir ki, 2026-cı il sentyabrın 19-20-də keçirilən sınaq Şotlandiya, İngiltərə və Uelsin ən yüksək dağ zirvələrini birləşdirən 756 kilometrlik marşrutu əhatə edib. Magistral, kənd və dolanbac dağ yollarından keçən avtomobil güclü yağış və külək şəraitində hibrid texnologiyasının yüksək enerji səmərəliliyini nümayiş etdirib.

Sınaq heç bir xüsusi texniki dəyişiklik edilməmiş, seriya istehsalı “JAECOO 7 SHS-P” modeli ilə həyata keçirilib. Avtomobilin yanacaq doldurma və şarj girişləri Britaniyanın RAC təşkilatının iştirakı ilə möhürlənib, yürüş məlumatları isə Webfleet platforması vasitəsilə qeydə alınıb. Əldə olunan nəticə “Guinness World Records” tərəfindən bu marşrutu tamamlayan PHEV SUV modelləri arasında ən aşağı yanacaq sərfiyyatı üzrə dünya rekordu kimi rəsmən təsdiqlənib.

Bu nailiyyət “OMODA & JAECOO”nun SHS (Super Hybrid System) texnologiyası ilə əldə etdiyi ilk uğur deyil. Cari ilin iyun ayında Böyük Britaniyanın “UTAC Millbrook” sınaq mərkəzində “JAECOO 7 SHS-P” tam doldurulmuş yanacaq çəni və tam şarj edilmiş batareya ilə 1 333 kilometr məsafə qət edərək rəsmi WLTP yürüş göstəricisini 11,14% üstələyib.

Texnoloji nailiyyətlərlə yanaşı, “JAECOO” Böyük Britaniyanın avtomobil bazarında da lider mövqeyi ilə seçilir. Böyük Britaniya Avtomobil İstehsalçıları və Ticarətçiləri Assosiasiyasının (SMMT) məlumatına əsasən, “JAECOO 7” sentyabr və oktyabr aylarında ardıcıl olaraq ölkənin ən çox satılan yeni avtomobili olub. 2026-cı ilin ilk on ayında 42 885 qeydiyyatla model ölkə üzrə ikinci pillədə qərarlaşıb.

Üç il ərzində bir milyon avtomobil satışına nail olan və dünyanın 79 bazarında təmsil olunan “OMODA & JAECOO”, innovativ mühəndislik həlləri ilə yüksək performansı, enerji səmərəliliyini və komfortu bir araya gətirərək qlobal mövqeyini gücləndirməkdə davam edir.

Qeyd edək ki, “OMODA & JAECOO” brendinin Azərbaycandakı rəsmi distribyutoru “IMOTORS” MMC avtomobillərin rəsmi satışını, 7 il və ya 200 000 km rəsmi zəmanət təminatını və satış sonrası rəsmi servis xidmətlərini həyata keçirir.

Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 57C (Port Baku yaxınlığı).

Vebsayt: www.omodajaecoo.az

Əlaqə: *8887

Qeyd: Yanacaq sərfiyyatı və yürüş məsafəsi üzrə əldə olunan nəticələr xüsusi sınaqlara aiddir və faktiki istifadə şəraitindən asılı olaraq dəyişə bilər.