İtaliyadakı zəlzələdə xəsarət alanların sayı artdı

italiyadaki-zelzelede-xesaret-alanlarin-sayi-artdi
Oxunma sayı: 1221

İtaliyada baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İtaliyanın Mülki Müdafiə Agentliyi məlumat yayıb.

Agentlik dəqiqləşdirib ki, xəsarət alanlardan 21 nəfəri liman şəhəri Pozzuolidə, digər 5 nəfəri isə Culyano-in-Kampaniyada olub.

Təxminən 300 sakin təxliyə edilib, bir neçə yaşayış binası isə dağılıb. 

Qeyd edək ki, İtaliyanın Neapol şəhəri yaxınlığında son 40 ilin ən güclü zəlzələsi baş verib.