“İsrailin təhlükəsizliyi dünyanın təhlükəsizliyidir” - Video

israilin-tehlukesizliyi-dunyanin-tehlukesizliyidir
Oxunma sayı: 3093

“İsrailin təhlükəsizliyi ABŞ-nin və bütün dünyanın təhlükəsizliyidir”.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdə Fələstin-İsrail münaqişəsi ilə bağlı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, burada söhbət partiyalardan və ya siyasətdən getmir:

“Bu, bizim dünyamızın təhlükəsizliyi, ABŞ-nin təhlükəsizliyi ilə bağlıdır... Mən hər hansı bir dövlətə müraciət edirəm - İsrailə hücum etməyi düşünməyin. İsrail bütün vəhşiliklərə cavab verəcək. Biz İsrailin istənilən müdafiə ehtiyacını təmin edəcəyimizə zəmanət veririk”.

 ABŞ Prezidenti bildirib ki, ABŞ İsrailə əlavə hərbi yardım - "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemləri üçün sursat və raketlər də ayıracaq.