İsrail Qəzzada həyata keçirilən hücumların sayını açıqladı

israil-qezzada-heyata-kecirilen-hucumlarin-sayini-aciqladi
Oxunma sayı: 1256

İsrail ordusu oktyabrın 27-dən bu yana Qəzzaya 4300 hücum həyata keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Ordudan verilən açıqlamada İsrail quru qoşunlarının Qəzza zolağında hücumlarını davam etdirdiyi bildirilib.

Qeyd edək ki, İsrail ordusu bundan əvvəl oktyabrın 7-dən Qəzza zolağına 15 mindən çox hücum təşkil etdiyini bildirmişdi.