“Qəzzada dağıntılar altından çıxarılan uşaqları görmüşəm” - Blinken

qezzada-dagintilar-altindan-cixarilan-usaqlari-gormusem
Oxunma sayı: 3720

“İsrail-HƏMAS münaqişəsində ikinci və ya üçüncü cəbhə açılmamalıdır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Blinken HƏMAS-la bağlı status-kvonun Qəzzada davam edə bilməyəcəyini bildirib.

"İsrail rəhbərliyi təkcə Qəzzada deyil, İordan çayının qərb sahilində də mülki şəxsləri qorumalıdır”, - deyə Blinken qeyd edib.

Blinken Qəzzada baş verənlərə kədərləndiyini deyib:

“Mən binaların dağıntıları altından çıxarılan uşaqların, gənc oğlan və qızların şəkillərini görmüşəm. Bunu görəndə və televizor ekranına baxanda öz övladlarımı görürəm".