İsrail-Fələstin müharibəsində neçə media işçisi həlak olub?

israil-felestin-muharibesinde-nece-media-iscisi-helak-olub
Oxunma sayı: 1723

İsrail-Fələstin müharibəsi başlayandan 50 media işçisi həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsinin sosial media səhifəsində məlumat yayılıb.

Bildirilib ki, döyüş bölgəsində 45 fələstinli, 4 israilli və bir livanlı jurnalist həlak olub.

Daha 3 media işçisi itkin düşüb, 11-i yaralanıb, 18-i isə həbs edilib.