İsrail bu üsulla HƏMAS-ın infrastrukturunu məhv etmək istəyir

israil-bu-usulla-hemas-in-infrastrukturunu-mehv-etmek-isteyir
Oxunma sayı: 2486

“İsrail ordusu Qəzza zolağında yeraltı tunellər sisteminə dəniz suyunu çəkməyə başlayıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” (WSJ) nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

İsrail ordusunun məlumatına görə, bu tunellər şəbəkəsi HƏMAS hərəkatının silahlıları tərəfindən istifadə olunur. Tunellərin su basması əməliyyatının bir neçə həftə çəkə biləcəyi bildirilir.

“WSJ”nin məlumatına görə, bu, HƏMAS-ın infrastrukturunu məhv etməyə yönəlmiş üsullardan biridir.